İran Azərbaycanla sərhəddə hərbi təlim keçirir

İranın Hərbi Dəniz Qüvvələri ölkənin şimalında, Xəzər dənizində hərbi təlim keçirir.

APA xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi Astara qubernatorunun müavininə istinadən məlumat yayıb.

Bildirilib ki, bu axşam Astarada hərbi dəniz bazası ərazisində İran İslam Respublikası Ordusunun dəniz müdafiə təlimi keçiriləcək.

“Təlimlə bağlı Astara şəhərinin bəzi yerlərində partlayış səsləri eşidiləcək, əhali üçün narahatlığa heç bir əsas yoxdur”.