Zelenski son vəziyyəti bu sözlərlə açıqladı: “Ən qaynar, ən ağrılı”

Ukrayna prezidenti Vlodimir Zelenski ölkəsində Rusiyaya qarşı davam edən müharibədə ən ağır toqquşmaların Donetsk vilayətinin Bahmut və Soledar şəhərlərində baş verdiyini bildirib və son vəziyyəti “Ən qaynar, ən ağrılı” kimi dəyərləndirib.

Zelenski Telegram hesabında paylaşdığı gündəlik video müraciətində xalqa müraciət edib.

"Donetsk vilayətində Bahmut, Soledar (burada vəziyyət) əvvəllər olduğu kimi indi də ən qaynar, ən ağrılıdır. Biz bu istiqamətdə uşaqlarımıza (Ukrayna əsgərlərinə) kömək etmək üçün hər şeyi edirik. Müdafiəni qoruyan qəhrəmanlarımız, orada hər kəs ən böyük təşəkkürə layiqdir."

Avropa İttifaqı ölkələrinin dekabrın 2-də Rusiyadan dəniz yolu ilə daşınan neftin tavan qiymətinin 60 dollar olması ilə bağlı razılığa gəldiyini xatırladan Zelenski bu qiymətin daha da aşağı salınmalı olduğunu qeyd edib.

Rusiya neftinin bir barelinin qiymətinin 30 dollara endirilməsi lazım olduğunu bildirən  Zelenski, dünən verilən qərardan məmnun olmadıqlarını bildirib.