Türkiyədə hoteldə baş vermiş yanğınla əlaqədar iki məmur saxlanıldı

Türkiyədə Bolu əyalətinin bələdiyyə sədrinin müavini və yerli yanğınsöndürmə xidmətinin rəis müavini 76 nəfərin ölümü ilə nəticələnən hoteldəki yanğına görə saxlanılıb.

Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, onlar yanğınla bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl hotelinin sahibi də daxil olmaqla 9 nəfər saxlanılmışdı.

Xatırladaq ki, yanğın ötən gecə yerli vaxtla 03:30 radələrində 11 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Hadisə yerinə 30 yanğınsöndürən maşın və 28 təcili tibbi yardım maşını səfərbər olunub.

Bolunun valisi Əbdüləziz Aydın yanğının səbəbinin hələ ki, məlum olmadığını desə də, alovun restoranın yerləşdiyi mərtəbədən başladığını ehtimal edir. Hadisə zamanı hoteldə 234 qonaq olub.

Yanğınla əlaqədar istintaq başlanılıb.