Türkiyə sahillərində bir həftə ərzində 743 qanunsuz miqrant xilas edilib

Türkiyə sahillərində 2022-ci il noyabrın 25-dən dekabrın 1-dək olan müddətdə qanunsuz miqrantların xilas edilməsi ilə bağlı 30 hadisə qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə bazar günü Türkiyənin Sahil Mühafizəsi İdarəsindən bildirilib.

Məlumata əsasən, sözügedən həftə ərzində ölkə sahillərində 743 qanunsuz miqrant xilas edilib.

Qeyd edilib ki, ölkənin sularında vəziyyətin monitorinqi gecə-gündüz davam edir.