Dekabr ayında Antalyada dəniz keyfi - FOTOLAR

Antalyada 21 dərəcəyə çatan hava istiliyi ilə vətəndaşlar və xarici turistlər Konyaaltı çimərliyini doldurub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, soyuq hava bütün yerlərdə təsirini göstərərkən, Antalyada yaşayanlar dənizin və isti havanın dadını çıxarıblar.



 
Dekabrın ilk həftəsində şəhərdə hava və dəniz suyunun istiliyi 21 dərəcə olan Konyaaltı çimərliyinin sıxlıx yaranıb.

Çox sayda vətəndaşlar və xarici turistlər gözəl havanın dadını çıxarmaq üçün sahilə axışıb.

İstidən istifadə edənlərin bəziləri gəzintiyə və qaçmağa, bəziləri isə çimərlikdə üzməyə və sahildə uzanmağa üstünlük verib.

Turan