Çin lideri "Covid-19" etirazlarını şərh edib

Çin hökuməti ölkədəki sərt "Covid-19" məhdudiyyətlərinə etirazlardan sonra geri addım ataraq, tədbirləri yumşaltmaq və xüsusilə yaşlı əhali üçün peyvəndləməni sürətləndirmək qərarına gəlib. İddia edilib ki, Çin prezidenti  Si Cinpin etirazları "tədbirlərdən əsəbiləşən universitet tələbələri və yeniyetmələrin reaksiyası" kimi qiymətləndirib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ölkədəki "Covid-19" etirazları çərşənbə günü Pekinə səfər edən Avropa Şurasının sədri Çarlz Mişel ilə görüşündə gündəmə gəlib.

Mişelin nümayəndə heyətinin rəsmisi qəzetə bildirib ki, Çin lideri etirazçıların əsasən universitet tələbələri olduğunu bildirib və son 3 ildə davam edən pandemiya şəraitindən narahat olduqlarını bildirib.

“Prezident etirazların niyə baş verdiyini açıqlayarkən dedi ki, 3 ildir həyata keçirilən tədbirlər ona görə problemə çevrilib ki, insanlar indi həddən artıq sıxılıblar, etirazçılar əsasən universitet tələbələri və yeniyetmələrdir”.

Rəsminin sözlərinə görə, təxminən 3 saat davam edən görüşdə Si Cinpin həmçinin bildirib ki, Omicron ölkədə epidemiyada dominant varianta çevrilib və Deltadan çox daha az ölümcüldür.

Nümayəndə heyətinin digər rəsmisi bildirib ki, Si Cinpinyaşlı əhali arasında peyvənd nisbətinin aşağı olmasını problem hesab edir və kütləvi peyvənd kampaniyasının sürətləndiriləcəyini vurğulayıb.

Turan