183 günlük kosmos macərası! Onlar Yerə qayıtdılar!

Noyabrın 29-da Çin  Tiangong Kosmik Stansiyasına missiya dəyişikliyi üçün 3 astronavtı göndərdikdən sonra "Shenzhou-14" ekipajı 183 gündən sonra uğurla Yerə qayıdıb.

 Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Çin İnsanlı Kosmik Agentliyinin (CMSA) məlumatına görə, "Shenzhou-14"ün ekipajı kosmik stansiyanı tərk etdikdən təxminən 9 saat sonra yerli vaxtla saat 20:09-da Çinin şimalında yerləşən Daxili Monqolustan muxtar bölgəsindəki Dongfeng yatağına enib.

Çinli astronavtlar Çen Donq, Liu Yanq və Cai Xuzzenin səhhətinin yaxşı olduğu bildirilir. Çin Tiangong Kosmik Stansiyasında ilk missiya mübadiləsini uğurla başa çatdırıb.

Turan