İran prezidenti konstitusiyaya dəyişiklik edilməsindən danışıb

İran prezidenti İbrahim Rəisi 1979-cu ildə qəbul edilmiş konstitusiyanın bəzi maddələrinə dəyişiklik edilməsinin mümkünlüyündən danışıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İ.Rəisi bildirib ki, konstitusiyada cümhuriyyətçilik, islamçılıq, istiqlalçılıq və azadlıq kimi prinsiplər və dəyərlər var ki, bunlar dəyişməzdir.

Lakin bununla yanaşı zərurət yarandıqda konstitusiyanın tətbiqi, üsul və mexanizmləri mütləq dəyişdirilə və təkmilləşdirilə bilər.

O qeyd edib ki, İran İslam Respublikasının Konstitusiyasında heç bir çıxılmaz vəziyyət yoxdur.