Almaniyada həyəcanlı anlar: Drezdenin mərkəzi bağlandı

Almaniyanın Drezden şəhərini silahlı şəxs bir-birinə vurub. 
40 yaşlı Almaniya vətəndaşının bir nəfəri güllələdiyi, daha sonra “Radio Dresden” radiostansiyasının ofisinə soxulmağa çalışdığı, daha sonra isə yoxa çıxdığı və ticarət mərkəzinin yaxınlığındakı binalardan birində özünə barrikada qurduğu barədə xəbər yayılıb.
İlkin məlumata görə, güllə yarası alan şəxsin öldüyü təsdiqlənib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yayılan press-relizdə şəhərdə əməliyyat aparıldığı qeyd edilir.
Bununla əlaqədar ictimai və şəxsi nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Şəhər mərkəzi bağlıdır. Ticarət mərkəzi və ətraf ərazilər boşaldılır.
Sakinlərdən hadisə yerinə yaxınlaşmamaq xahiş olunub.
Mənbə: Radiodresden