İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Yusif Nəzərli
02:42 23.01.2025
Siyasət
500
Zəngəzur dəhlizi və Ermənistana silah yardımı kimi addımlarından vaz keçərsə, iki dövlət arasında əlaqələr yüksələ bilər
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdədir.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf pespektivləri müzakirə olunub, o cümlədən iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb.
Görüşdə həmçinin, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycanın baş nazirinin müavini İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb. Görüşdə ikitərəfli münasibətlərin bütün aspektlərinin inkişafı və Cənubi Qafqaz regionunda baş verən son hadisələr müzakirə edilib.
Sözügedən səfəri dəyərləndirən ekspertlər hesab edir ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin İranda apardığı danışıqlar iki ölkənin münasibətlərinə müsbət dinamika gətirmək üçün bir cəhddir. İranda görüşlərdə tərəflər iqtisadi, ticarət, enerji, infrastruktur, hərbi əməkdaşlıq və regionda sülhü yaratmaq üçün birgə fəaliyyət göstərməkdə maraqlı olduğunu bildirib. Yəni sözügedən görüşlərdəki standart ifadələr heç nəyi dəyişmir və həm Azərbaycanın İrana, həm də İranın Azərbaycana qarşı olan münasibəti dəyişməz olaraq qalır.
Milli Cəbhə Partiyasının başqan müavini Tural İrfan isə “Sherg.az”ə açıqlamasında deyib ki, Azərbaycan İran da daxil olmaqla bütün qonşularla normal münasibətlərin tərəfdarıdır. Həmçinin İranla da həmişə qonşuluq ənənələrimizə uyğun normal əlaqələrin tərəfdarıdır:
“Hesab edirəm ki, İran Azərbaycana qarşı yönəlmiş siyasətində dəyişiklik etsə, münasibətlər müsbət istiqamətdə inkişaf edə bilər. Zəngəzur dəhlizi və Ermənistana silah yardımı kimi anti-Azərbaycan addımlarından vaz keçərsə, İslam və qonşuluq ənənələrimizi pozmağa çalışmazsa, iki dövlət arasında əlaqələr yüksələ bilər. Əsasən son zamanlarda İranın bəzi ruhaniləri Azərbaycana qarşı açıq hücuma keçərək tədbirlər keçirir, bəyanatlar verir, təxribat xarakterli hərəkətlərə yol verirlər. Hesab edirəm ki, bu kimi məsələlərin həlli üçün ikitərəfli görüşlərin olması müsbət haldır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-a məxsus bombardmançı təyyarə qəzaya uğradı
03:55 16.06.2026
Dünya
Space TV-yə yeni bədii rəhbər təyin olundu
02:34 16.06.2026
Media
"Fars": İran atəşkəs dövründə müdafiə gücünü artıracaq
01:39 16.06.2026
Region
Tramp: ABŞ Hizbullahla qısa söhbət etməlidir
01:21 16.06.2026
Dünya
Ərdoğan Quterreşlə regionu müzakirə etdi
00:57 16.06.2026
Dünya
Azərbaycanda Məhərrəm ayı başlayıb
00:14 16.06.2026
Cəmiyyət
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
00:00 16.06.2026
Dünya
Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
23:38 15.06.2026
Region
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya