İtaliya prezidenti koronavirusa yoluxub

İtaliya prezidenti Sercio Mattarellanın koronavirusla bağlı testi pozitiv çıxıb.

Trend-in məlumatına görə, bu barədə "ANSA" agentliyi xəbər verib.

Məlumata əsasən, 81 yaşlı S.Mattarellanın az qızdırması var, onun iştirakı ilə keçirilən bütün tədbirlər təxirə salınıb. Qeyd olunbu ki, o, "vəzifələrini yerinə yetirməyə davam edir və Kvirinal Sarayında özünü təcrid edir".

İtaliya prezidenti daha əvvəl Romadakı Spallanzani İnstitutunda koronavirusa qarşı peyvənd olunub.