Ərdoğan Putinlə taxıl dəhlizi və terrorla mübarizəni müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Türki Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı enerji, Türkiyə-Rusiya əlaqələri, taxıl dəhlizi və terrorla mübarizə mövzularında müzakirə aparılıb.