Rusiya Moldovada sabitliyi pozmağa çalışır.
Sherg.az axar.az-a istinadən bildirir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.
"Biz hibrid müharibə aparırıq, Rusiya Moldovada vəziyyəti pozmağa cəhd edir. Təbliğat, enerji resurslarının silaha çevrilməsi hibrid müharibənin bir hissəsidir", - Sandu bildirib.
Onun sözlərinə görə, Moldovada korrupsiya qrupları rusiyayönlü siyasi qüvvələrlə birlikdə Kremlin dəstəyi ilə sabit vəziyyəti pozmaq üçün etiraz aksiyaları təşkil ediblər:
"Bizim Dnestryanı problemimiz və onilliklər ərzində qanunsuz olaraq orada Rusiya ordusunun olması ölkəmin təhlükəsizliyi üçün riskləri artırır".