Ukrayna SQ Rusiya ordusunun 7 idarəetmə məntəqəsini dağıdıb

Sutka ərzində Ukrayna aviasiyası Rusiya ordusunun şəxsi heyət və texnikasının toplaşma məntəqələrinə 5 zərbə endirib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna SQ-nin Baş Qərargahı məlumat yayıb.

Bundan əlavə, raket-artilleriya qoşunları Rusiya ordusunun 7 idarəetmə məntəqəsini, 10 toplaşma məntəqəsini və silah anbarını dağıdıb.