Serbiya ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi: Ultimatum verildi

Serbiya ordusu yüksək döyüş hazırlığına gətirilib.
Kosovonun şimalında barrikadalar quran serblərə isə yerli hakimiyyət tərədindən axşam saat 9-a qədər barrikadaları sökmək üçün ultimatum verilib.
Hərbi ekspertlərin fikrincə, münaqişə idarə oluna bilən şəkildə inkişaf edir. Lakin Serbiya xoşagəlməz seçim qarşısındadır - ya strateji şəraitdə müharibə, ya da Kosovo ilə bağlı növbəti güzəşt.
Qeyd edək ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovonun şimalında vəziyyətin gərginləşməsi ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.
Mənbə: pravda.ru