Almaniya kansleri Olaf Şolts əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin strukturu ilə bağlı baxışlarında fundamental səhvə yoll verib və Avropa ilə ABŞ-ın birliyini düzgün qiymətləndirməyib.
Almaniya hökumətinin başçısı çərşənbə günü, dekabrın 14-də Aİ sammitindən əvvəl Bundestaqda hökumətin bəyanatı ilə çıxış edərkən bildirib ki, Rusiya rəhbərliyi “qaz klapanını bağlamaqla” Avropa həmrəyliyini poza bilməyib.
“Putinin planlarının heç biri baş tutmadı”, - deyə kansler Ukraynaya kütləvi dəstək və silah tədarükünə işarə edib. O, Ukraynanı bütün vasitələrlə “məhz lazım olduğu qədər” dəstəkləyəcəyinə söz verib.
Mənbə: dw.com