İranda uranın zənginləşdirilməsi rekord həddə çatıb

İran uranın zənginləşdirilməsi tempini tarixində ən yüksək səviyyəyə çatdırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.
Onun sözlərinə görə, uranın zənginləşdirilməsi göstəriciləri əvvəlkiləri iki dəfədən çox üstələyib.