Əgər İran həqiqətən nüvə silahı yaratmaq istəsəydi, bunu çoxdan edərdi. Nüvə silahları beynəlxalq səviyyədə nəzarət edilən obyektlərdə deyil, gizli laboratoriyalarda hazırlanır. İslam Respublikasının nüvə bombası yaratmağa bir neçə gün qaldığını iddia edənlər Tehranı ən azı 15 il nüvə silahı əldə etməkdən uzaqlaşdırmağa hesablanmış nüvə danışıqlarını niyə alqışlamadılar?
Axar.az xəbər verir ki, bu sözləri İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.
“ABŞ-ın nüvə danışıqlarından çıxmasından sonra İslam Respublikasının nüvə imkanları artıb. Ümid edirəm ki, Donald Tramp bu dəfə daha ciddi, diqqətli və realist olacaq”, - o əlavə edib.
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, İran dörd nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir.