Yaponiyada 5,2 bal gücündə zəlzələ olub

Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib.

Trend Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Miyadzaki şəhərindən 4 kilometr cənub-şərqdə, ocağı isə 45 kilometr dərinlikdə yerləşib.


Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.