Suriyanın şimalında 3 terrorçu zərərsizləşdirilib

Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalında 3 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib.

APA xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada bunlar qeyd olunub: "Hücuma cəhd edən terrorçuları elə səngərlərdə məhv etməyə davam edirik. Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalında aşkarladıqları 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Mübarizəmiz qətiyyətlə davam edəcək".