KİV: "Avropa enerji qiymətlərinin artması səbəbindən 1 trilyon dollar itirib"

Avropa Rusiyanın Ukraynadakı müharibəsi səbəbindən enerji qiymətlərinin artması nəticəsində təxminən 1 trilyon dollar itirib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, 2022/23-cü ilin qış mövsümündən sonra Avropa qaz ehtiyatlarını Rusiyadan çox az və ya heç olmayan tədarüklə artırmalı olacaq. Bu, "Bloomberg" analitiklərinin fikrincə, qiymətlərin yüksək səviyyədə qalacağı deməkdir.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Avropa İttifaqı bu il qaz tələbatını 50 milyard kubmetr azaltmağa nail olub, lakin region hələ də 2023-cü ildə 27 milyard kubmetr potensial kəsirlə üzləşə bilər. Bu, Rusiya tədarükünün sıfıra düşdüyü və Çinin LNG idxalının 2021-ci il səviyyəsinə qayıtması ilə baş verəcək.