MDB-nin qeyri-rəsmi sammiti dekabrın 26-27-də Sankt-Peterburqda keçiriləcək

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin liderlərinin qeyri-rəsmi görüşü dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.
“Ümid edirik ki, bu görüş əməkdaşlığımıza əlavə təkan verəcək”, - o bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 9-da MDB liderlərinin görüşünün keçiriləcəyini elan etmişdi. Prezident sammitin dəqiq tarixini açıqlamasa da, onun Yeni ildən əvvəl Sankt-Peterburqda keçiriləcəyini bildirmişdi.