Belarus Ukrayna ilə həmsərhəd üç rayona girişi məhdudlaşdırdı - FOTO

Belarusun Qomel vilayətinin Ukrayna ilə həmsərhəd olan üç rayonuna - Loyevski, Bragin və Xoinikiyə sərhəd zolağı boyunca giriş-çıxış məhdudlaşdırılıb.
Bu rayonlar Ukraynanın Kiyev və Çerniqov vilayətləri ilə həmsərhəddir. Həmçinin məhz bu rayonlardan fevralda Rusiyanın Kiyevə hücumu başlayıb.
Bu qərar Nazirlər Şurası tərəfindən verilib və dekabrın 10-dan qüvvəyə minib.
İstisnalar yalnız bu bölgədə yaşayanlara, yaxın qohumlarına baş çəkənlərə və ya işlə bağlı gələnlərə şamil olunacaq.
Digər hallarda sərhəd komitəsinin yazılı icazəsi tələb olunacaq.