Peru meksikalı səfirə 72 saat vaxt verdi: gərginlik pik həddə







Meksika hökümətinin Perunun keçmiş prezidenti Pedro Castillonun ailəsinə sığınacaq verməsinin ardından iki ölkə arasında gərginlik pik nöqtəyə çatıb. 
"Sherg.az" xəbər verir ki, Peru hökuməti Meksikanın Lima səfiri Pablo Monroy Conesayı "arzuolunmaz şəxs" elan etdi. Peru xarici işlər naziri Ana Gervasi açıqlamasında, Castillonun ailəsinə sığınacaq verən səfir Pablo Monroy Conesanın ölkəni tərk etməsi üçün 72 saat vaxt verildiyini bildirdi.
Qeyd edək ki,  Gervasi bu qərarın  Meksika hökümətinin  Perunun daxili işlərinə müdaxilə etdiyi üçün verildiyini söyləyib.
Mənbə:CNN Türk