Türkiyə ordusu Suriyanın şimalında 3 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyanın şimalında YPG terror təşkilatının (PKK-nın Suriya qanadı - red.) 3 üzvünü zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə cümə axşamı Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, terrorçular "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları zonasında Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı hərbçiləri tərəfindən zərərsizləşdiriliblər.