Ermənistan baş nazirinin müavini Moskvaya gedib

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Rusiyanın paytaxtı Moskvada səfərdədir.
“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Bildirilib ki, M.Qriqoryan Rusiya-Ermənistan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 21-ci iclasında iştirak edəcək.