Akar:“Taxıl müqaviləsi” çərçivəsində məhsulların ixracı 15 milyon tona çatıb”


“Dekabrın 24-nə “Taxıl müqaviləsi” üzrə 15 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edilib”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

Xatırladaq ki, Rusiya, Ukrayna, Türkiyə və BMT iyulun 22-də “Taxıl müqaviləsi” adlı sazişlər paketi imzalayıb. Sazişlərin birinci hissəsi Ukrayna limanlarından məhsulların ixracına, ikinci hissəsi isə Rusiya mallarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına aiddir.

Noyabrın 18-də müqavilənin müddəti daha 4 ay müddətinə uzadılıb. Eyni zamanda BMT Rusiya mallarının tədarükünün qarşısının alınmaması üzrə tədbirlər görüləcəyini vəd edib.