Ermənistanda rusiyalı gənc oğlan 37 yaşlı qadını öldürüb

Ermənistanın Gümrü şəhərində Rusiya vətəndaşı qadını vəhşicəsinə qətlə yetirib.

APA xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
37 yaşlı qadını qeyri-rəsmi yaşadığı 2002-ci il təvəllüdlü gənc oğlan öldürüb.

İstintaqın məlumatına görə, onunla qadın arasında mübahisə olub, bu zaman gənc oğlan sevgilisini döyərək öldürüb.

Bundan sonra o, cinayət yerindən qaçsa da saxlanılıb.