Fabrik məktəb: Şagirdlər həm təhsil alır, həm də pul qazanır

  Tükiyənin Bursa bölgəsində Hamidiyə Məslək və Texnologiya Anadolu liseyində təsis edildiyi vaxtdan – 1891-ci ildən günümüzədək şagirdlərə təhsil verməklə yanaşı, qazanc əldə etmələrinə də şərait yaradılıb. Sherg.az “NTV.com.tr”yə istinadən bildirir ki, lisey böyük  təsərrüfata malikdir.
 Təsərrüfatda çalışan şagirdlər həm toyuq-cücə saxlayıb yumurtaları satmaqla, həm də bostanda yetişdirdikləri tərəvəzləri satışa çıxarmaqla qazanc əldə edirlər. Ümumlikdə liseyin təsərrüfatında  quru ərzaqlar, sirkə, pomidor pastası, tarhana (un və süd qarışıqlı quru qida), əriştə, yumurta, meyvə-tərəvəz, zeytun yağı, çiçək yağı, ətirli yağlar v bəzək kolları da daxil 102 növdə məhsul yetişdirilir. Satışdan 1 milyon lirə əlavə gəlir əldə edilir, şagirdlər də 400-1000 lirə qazanıb ehtiyaclarını təmin edirlər.  Liseydə 45 müəllim, 600 şagird var. Liseyin təyinatı “qida”, “qastromoniya”, “laboratoriya xidməti”, “qida texnologiyası”, “heyvan sağlamlığı və kənd təsərrüfatı” olmaqla 5 istiqamət üzrədir. Liseyin öz təsərrüfatına sahib  olması, şagirdlərin nəzəri biliklərini praktiki baxımdan həyata keçirmələrinə səbəb olur. Şagirdlər təkcə biliklərə yiyələnmir, həm də təsərrüfatla məşğul olmaq, əkinçilik, bitkiçilik, heyvandarlığın sirlərini əyani öyrənirlər. Məsələn, heyvandarlıq bölümünün şagirdləri yumurta əldə etməklə məşğuldur. Bəslədikləri toyuqların yumurtalarını toplayır, qablaşdırıb satışa çıxarırlar. Liseyin təsərrüfatında 3 min toyuq bəslənir, onlardan da hər gün təxminən 2 min 500 yumurta əldə edilir. Satışdan gələn gəlirlə həm liseyin tələbləri qarşılanır, həm də şagirdlər ailələrinə maddi dəstək vermiş olurlar.  Şagirdlər sinifdən təsərrüfata, oradan da bazaradək hər sahədə yer alır. Məhsulun yetişdirilməsində iştirak edən şagirdlər qablaşdırmanı da özləri icra edir, məhsulun ünvanlara çatdırılmasında da iştirak edirlər. Liseyin 350 hektar ərazisində müxtəlif tərəvəzlər – kələm, kərəviz, soğan, aruqula, kahı… hər cür tərəvəz yetişdirilir. Mövsümə görə arpa, yulaf da əklilir. Həmçinin bəzək bitkiləri də əkilir və satışa çıxarılır.