Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya neftinə qiymət tavanının tətbiqi ilə bağlı cavab tədbirləri haqqında fərman imzalayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, prezident fərmanına görə müqavilələrdə birbaşa və ya dolayısı ilə qiymət həddi mexanizmindən istifadə nəzərdə tutulduğu təqdirdə Rusiya neftinin tədarükü qadağan olunub.