ABŞ-da qar fırtınasında ölənlərin sayı 63-ə çatıb


ABŞ-ın mərkəzi və şərq ştatlarında qar fırtınası qurbanlarının ümumi sayı 63 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Telekanal qeyd edir ki, ölənlərin sayı hələ də arta bilər. Ştatın bu hissəsinə güclü qar yağması davam edir və hakimiyyət bunun daha çox qurbanlara səbəb olacağından ehtiyat edir.

Qar fırtınası nəticəsində ölüm halları Kanzas, Kentukki, Missuri, Ohayo və Tennessi də daxil olmaqla 11 ştatda da qeydə alınıb.

"Flightaware.com" portalının məlumatına görə, ABŞ-da pis hava şəraiti səbəbindən 1,8 mindən çox reys ləğv edilib. Şiddətli hava xəbərdarlığı ölkənin mərkəzi və şərq hissələrində təqribən 175 milyon amerikalıya təsir edib. Pis hava şəraitinin bu həftə də davam edəcəyi gözlənilir.