Rusiya Qara dənizə raketdaşıyıcılar buraxdı: Ukrayna əhalisinə xəbərdarlıq edildi

Rusiya Qara dənizə iki suüstü raketdaşıyıcı buraxıb. Ukraynalılara raket təhlükəsi barədə xəbərdarlıq edilib.
Qeyd edilir ki, 16 “Kalibr” raketi buraxılışa hazırdır.
Cümə axşamı səhər saatlarından Ukraynanın bütün mərkəzi və şərq bölgələrində hava xəbərdarlığı elan edilib.
Dnepropetrovsk, Nikolayev, Odessa, Poltava, Sumı və Xarkov vilayətlərində, həmçinin Ukraynanın nəzarətində olan Zaporojye və Xerson vilayətlərində xəbərdarlıq elan edilib.
Daha sonra onlara Vinnitsa, Jitomir, Kiyev, Kirovoqrad, Çerniqov və Çerkassı vilayətləri əlavə olunub.
Mənbə: RBC