Moskvanın hava limanlarında uçuşlar ləğv edilib - SƏBƏB?

Hava şəraiti ilə əlaqədar Moskva hava limanlarında 100-dən çox reys gecikib və ya ləğv edilib.
Belə ki, təkcə Domodedovoda 18 reys gecikib, bir uçuş ləğv edilib, Şeremetyevoda isə 53 reys gecikib, Vnukovoda dörd reys ləğv edilib, 15-i gecikib.
Qeyd olunur ki, hazırda Moskvanın hava limanlarında uçuş-enmə zolaqları qardan təmizlənir, təyyarələri soyuq havadan qorumaq üçün lazımi tədbirlər həyata keçirilir.  
Mənbə: News.ru