İranda tanınmış yazıçı, tərcüməçi və İran Yazıçılar Birliyinin üzvü Keyvan Müctəbaya 6 il həbs cəzası verilib.
Kult.az xəbər verir ki, yazıçı qanunsuz toplaşmaq və hökumətə qarşı təbliğatda ittiham olunub.
Qeyd edək ki, o və həyat yoldaşı Anişa Əsədullahi mayın 9-da Tehranda şəxsi mənzillərində həbs edilərək Evin həbsxanasına göndərilmişdilər.