Neftin bir barrelinin qiymətini 45 dollara salmaq lazımdır.
Axar.az -a xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
O bildirib ki, yalnız Ukraynaya kömək etməklə Rusiyanı müharibəni dayandırmağa məcbur etmək olmaz:
“Biz neftin qiymətini bir barrel üçün 45 dollara endirməliyik”.
Xüsusi nümayəndənin fikrincə, Rusiya neft sənayəsi ilə bağlı daha sərt tədbirlər görülməlidir:
“Rusiya neft satışından milyardlarla dollar qazanır. Bəs qiyməti barrel üçün 45 dollara endirsək, necə olacaq?”
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 23-də ölkəsinin neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu bildirib.