Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Sherg.az Modern-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı məlumat verib.
O, iş adamları ilə görüşdə Türkiyə liderinin Xocalıya səfər edəcəyini vurğulayıb.
Bağçı səfərin bu il baş tutacağını bildirib. Dəqiq tarix açıqlanmayıb.