Zaxarova Tuska cavab verdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşanın baş naziri Donald Tuskun Macarıstanın baş naziri Viktor Orbana ünvanladığı təhdidlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə öz "Telegram" kanalında paylaşım edib.

“Tusk Orbanı Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoyacağı təqdirdə nəticələri ilə hədələyib. Çünki bu, Qərb demokratiyasıdır", - Zaxarova yazıb.

Qeyd edək ki, Polşanın Baş naziri Donald Tusk Macarıstan Baş naziri Viktor Orbanı Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoyacağı təqdirdə nəticələri ilə hədələyib.