Tramp: ABŞ Ümumdünya Səhiyyə Təşkilatına qayıda bilər

Amerika prezidenti Donald Tramp deyib ki, gələcəkdə ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatı üzvlüyündən getməsi ilə bağlı qərara yenidən baxıla bilər.

Teleqraf. com xəbər verir ki, Tramp Las-Veqasdakı çıxışı zamanı belə deyib.

O qeyd edib: "Mən bizim ildə 500 milyon, Çinin isə 39 milyon dollar ödədiyi Ümumdünya Səhiyyə Təşkilatından çıxdım". Tramp bir daha bildirib ki, ÜTT ona illik xərclərin 39 milyon dollaradək azadılması şərtilə quruma qayıtmağı təklif edib. Prezident bununla razılaşmadığını söyləyib.

Eyni zamanda Tramp ÜTT-nin "bəzi qayda-qanun yaradacağı" təqdirdə, ÜTT üzvlüyünə qayıtmğı nəzərdən keçirəcəyini istisna etməyib.