Bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimləri Belarusda keçiriləcək.
APA xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurası katibinin birinci müavini Pavel Muraveyko STV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, 4 təlimdən 3-ü Belarusda baş tutacaq.
Bunlar Çevik Hərəkat Kollektiv Qüvvələrinin “Qarşılıqlı fəaliyyət”, kəşfiyyat bölmələrinin “Axtarış” və arxa cəbhənin “Eşelon” adlı təlimləridir.