BQXK-nin Xersondakı ofisində yanğın baş verib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ukraynanın Xerson şəhərindəki binasında yanğın baş verib.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin intensiv atəşi nəticəsində bina alovlanıb.
Yanğın 80 kvadratmetr ərazini əhatə edib.
Yanğının söndürülməsi üçün hadisə yerində 23 xilasedici və 5 texnika cəlb olunub.
Onların səyləri nəticəsində yanğın söndürülüb.