24 fevral 2022-ci ildə başlayan müharibə Rusiya ilə Ukrayna arasında müharibə davam edir.
Müharibədə milyonlarla dinc insanın didərgin düşüb, minlərlə insanın həlak olub.
"Sherg.az" xəbər verir ki, ABŞ-ın Ukraynaya etdiyi milyard dollarlıq yardımın ardı-arası kəsilmir.
ABŞ dövlət katibi Antoni Blinken verdiyi yazılı açıqlamada yeni yardım paketi ilə rəhbərliyin 30-cu dəfə Amerika ordusunun inventarından Ukraynaya silah və texnika təmin etdiyini bildirib:
"Bu yardım paketi ilə Ukrayna yüzlərlə zirehli texnika, o cümlədən Stryker zirehli personal daşıyıcıları, Bradley piyada döyüş maşınları, minaya davamlı pusqudan qorunan maşınlar və yüksək hərəkət qabiliyyətinə malik çoxməqsədli təkərli maşınlarla təmin olunacaq".
Blinken "Avenger" hava hücumundan müdafiə sistemlərinin də yeni yardım paketinə daxil olduğunu açıqlayıb.
ABŞ-ın daha əvvəl göndərdiyi Milli Qabaqcıl Yerdən Havaya Raket Sistemləri (NASAMS) üçün də sursat veriləcəyini vurğulayıb.
Blinken verdiyi açıqlamada paketin ümumi dəyərinin 2,5 milyard dollar olduğunu bildirib.
Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) paketin detallarını mətbuatla paylaşıb.
Pentaqonun yazılı açıqlamasında paketə 59 Bradley piyada döyüş maşını və bu vasitələrdə istifadə edilən 590 TOW tank əleyhinə raket, 295 min 25 mm-lik mərmi, 90 Stryker zirehli personal daşıyıcısı, 503 minaya davamlı pusqudan qorunan maşın və 350 yüksək hərəkət qabiliyyətli çox məqsədli təkərli nəqliyyat vasitəsi olduğu diqqətə çatdırılıb.
Açıqlamada paketə NASAMS raket sistemləri, HIMARS raket sistemləri üçün əlavə sursatlar və dəniz hədəflərinə qarşı istifadə edilən HARM raketlərinin daxil edildiyi söylənilsə də, bu raket və raketlərin sayı göstərilməyib.
Sursat kimi paketə 20 min 155 mm top gülləsi, 600 dəqiq idarə olunan 155 mm top gülləsi, 11 800 120 mm minaatan mərmisi, 95 min 105 mm artilleriya mərmisi, 2000 zirehli deşici raket və mərmi daxildir.
Açıqlamada bildirilib ki, paketə 12 döyüş sursatı daşıyan maşın, 6 komanda maşını, 22 taktiki traktor, söküntü avadanlığı, gecəgörmə vasitələri və ehtiyat hissələri də daxildir.
Mənbə: En Son Haber