“...Ukraynanı sülh danışəqlarına məcbur etməyə çalışacaq”
“Digər tərəfdən nəzərə almaq lazımdır ki, rəsmi Kiyev bu məsələni tək həll edə bilməyəcək. Çünki onun arxasında böyük güclər dayanıb”
“Amma ilk günlərdən başlayaraq Qərb Rusiyanı öz silahı ilə vurmağa çalışdı. Yəni “hybrid” müharibədən istifadə edir”
NATO-nun baş katibi Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı yeni hücum əməliyyatlarına başladığını bildirib.
Stoltenberq bu barədə Alyansın müdafiə nazirlərinin fevralın 14-15-də Brüsseldə keçiriləcək ikigünlük iclası ərəfəsində keçirdiyi brifinqdə bildirib.
"Biz Ukraynaya dəstəyimizi gücləndirir və gücləndirəcəyik. Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumndan təxminən bir il keçir. Ancaq Prezident Putin sülhə deyil, yeni hücumlara hazırlaşır. Biz Ukraynanı qazanmaq, ədalətli və davamlı sülhə nail olmaq üçün lazım olan addımları artmağa davam etməliyik”, - Stoltenberq vurğulayıb.
Rusiyanın işğalçılıq siyasətini davam etdirdiyini deyən BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli “Sherg.az”a bildrib ki, hadisələr rəsmi Moskvanın istədiyi kimi cərəyan etmir:
“Çünki Rusiya Ukrayna ordusu tərəfindən belə bir müqavimətlə üzləşəcəyini və Qərbin bu qədər dəstək verəcəyini gözləmirdi. Ona görə də pis vəziyyətə düşdü. Rusların Ukraynanın təxminən 20 faizini işğal etməsinə rəğmən onlar sonrakı əməliyyatlarda böyük problemlə qarşılaşırlar. Çünki Qərb rəsmi Kiyevə ciddi yardımlar edir və müharibə uzanır. Təxminən iki aydır ki, Rusiya ordusunda durğunluq var idi.
Bu isə gücünü toplamaq və yenidən genişmiqyaslı hücumlara başlamaq üçün bir taktikadır. Yəni Stoltenberqin sözləri həqiqətdir. Rusiya yaxın zamanlarda yeni hücum əməliyyatları həyata keçirərək Ukraynanı sülh danışəqlarına məcbur etməyə çalışacaq.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, rəsmi Kiyev bu məsələni tək həll edə bilməyəcək. Çünki onun arxasında böyük güclər dayanıb və bu güclərin istəkləri nəzərə alınmalıdır. Ukrayna da bunu yaxşı başa düşür. Dünya siyasətinin qaydaları bunu tələb edir”.
Professorun sözlərinə görə Qərb Ukraynaya daha ciddi yardımlar göstərməyə davam edəcək:
“Qərbin və beynəlxalq təşkilatların düşüncə tərzlərini təhlil edəndə onların hərbi əməliyyatların normadan artıq intensivləşməsini istəmədiklərinin şahidi oluruq. Çünki bu, Rusiya tərəfindən böyük təhlükə kimi qəbul olunaraq, nüvə silahından istifadəni gündəmə gətirə bilərdi. İlk günlərdən başlayaraq Qərb Rusiyanı öz silahı ilə vurmağa çalışdı. Yəni “hybrid” müharibədən istifadə edir.
Ümumiyyətlə “Hybrid” müharibəni ilk dəfə Rusiya 2014-cü ildə Ukraynaya qarşı istifadə etmişdi. Qərb ölkəri ciddi qarşıdurmaya səbəb olmamaq üçün yardımları mərhələli şəkildə edir. Hətta onlar ilk vaxtlarda Ukraynaya hava hücumundan müdafiə qurğularını verməyi belə gecikdirirdilər. Çünki belə təqdirdə Rusiyanın Qərbə qarşı açıq şəkildə çıxış etmək imkanı olmur.
Bununla onlar Kremlin nəbzini əllərində saxlamağa çalışırlar. Hamı yaxşı başa düşür ki, hadisələr Rusiyanı çökdürməyə hesablanıb. Moskvanın insan resurslarına güvənməsinə baxmayaraq belə davam edərsə, müharibə uzun illər çəkə bilər”.