Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda verdiyi açıqlamada Rusiyanın məğlub edilməli, amma əzilməməli olduğunu ifadə edərək, dialoq qapısının açıq qalmasının vacibliyini vurğulayıb.
“Sherg.az” xarici mediaya istinadən bildirir ki, İtaliyada nəşr olunan “Corriere” qəzetinə danışan Ukrayna prezidenti Volodomir Zelenski Makronun açıqlamalarını dəyərləndirib.
Rusiya ilə dialoqun vaxt itkisi olduğunu dilə gətirən V.Zelenski qeyd edib ki, bu, faydasız bir dialoq olacaq, əslində Makron boş yerə vaxt itirir:
“Belə qənaətə gəldim ki, biz Rusiyanın mövqeyini dəyişə bilmərik. Əgər onlar keçmiş Sovet imperiyasını bərpa etmək arzusunda özlərini təcrid etmək qərarına gəliblərsə, buna kömək edə bilmərik. Beynəlxalq ictimaiyyətlə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edib-etməmək onların öz işidir. İqtisadi sanksiyalar tətbiq olunanda bizi Rusiyanı təcrid etməkdə ittiham edənlər oldu, amma bu, həqiqət deyildi. Putini bu vəziyyətə salan müharibəyə başlamaq qərarı idi”.
Mənbə: Hürriyət qəzeti