Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına nə qədər zərər vurub? – ŞOK RƏQƏMLƏR

Almaniya İqtisadi Araşdırmalar İnstitutunun (DIW) apardığı araşdırmada 2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu zərərin 1,6 trilyon dollar olduğu bildirilib."Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, araşdırma qrupundan olan Mişel Qroemlinq müharibənin "Böyük qlobal iqtisadi əhəmiyyətə" malik olduğunu vurğulayıb. O enerji və xammal tədarükü ilə bağlı problemlərin şirkətlərə təzyiq göstərdiyini söyləyib:

 "Yüksək enerji qiymətləri istehsal mərhələsində xərclərin artmasına səbəb oldu və bu, bir çox şirkətin hesablamasını çətinləşdirdi".   
Qeyd edək ki, DIW-nin araşdırma ilə bağlı açıqlamasında,  araşdırmanın nəticələrində qlobal iqtisadiyyatın 2022-ci ildə 1,6 trilyon dollar gəlir əldə edə bildiyi, lakin müharibə səbəbi ilə bunu edə bilmədiyi bildirilib.

Bundan əlavə, Qroemlinq 2023-cü il təxminlərinə görə qlobal əlavə dəyər itkisinin 1 trilyon dollar olacağını proqnozlaşdırdığını ifadə edərək, "Təəssüf ki, bu il təhlükə hələ də keçmədi" deyib.

Mənbə: Hürriyyət qazeti