Pentaqon Ukraynaya Abrams tankları göndərməyi planlaşdırır

Pentaqon payızda Ukraynaya "Abrams" tankları göndərməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bundan əvvəl ABŞ hakimiyyəti Ukraynaya 31 yeni "M1A2 Abrams" tankı göndərmək niyyətini açıqlamışdı.

Sonradan isə köhnə modellərin - "M1A1"in göndərilməsinə qərar verilib.

Qeyd edək ki, sürəti 40 km/saatdan çox olan “Abrams” tankları Rusiya istehsalı olan əksər tanklardan üstün hesab edilir.