Moskva metrosunda "Azərbaycan pavilyonu" nümayiş etdirilib

Hər gün metrodan istifadə edən 7 milyona yaxın insan "Azərbaycan" pavilyonunu hər detalı ilə görə bilib.

 Moskva Metropoliteninin vaqonlarında Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki "Azərbaycan" pavilyonu haqqında videoçarx nümayiş olunub.
Metronun vaqonlarında olan məlumat ekranlarında "Azərbaycan" pavilyonu haqqında hazırlanmış video material martın 14-dən 21-dək göstərilib.
Hər gün metrodan istifadə edən 7 milyona yaxın insan "Azərbaycan" pavilyonunu hər detalı ilə görə bilib (APA).
Pavilyonun direktoru Səadət Kadırova videoçarxın eksklüziv olaraq metro üçün hazırlandığını söyləyib.