ABŞ Dövlət Departamenti: Ermənistanda insan haqları pozulur


ABŞ Dövlət Departamenti Ermənistanda 2022-сi ildə insan haqlarının vəziyyəti ilə bağlı hesabat dərc edib.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hesabatda Ermənistanda insan haqlarının pozulması halları yer alıb.

Dövlət Departamenti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıqları, pis həbsxana şəraitini, əsassız həbsləri və söz azadlığının məhdudlaşdırılması hallarını təqdim edib.