Əfqanıstanda 6,8 bal gücündə zəlzələ baş verib


Əfqanıstanda 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədəAvropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Yeraltı təkanların episentri 12 min nəfərdən çox əhalisi olan İşkaşım şəhərindən 48 km cənub-qərbdə yerləşib.
Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.