İranda zəlzələ olub

İranın Qərbi Azərbaycan vilayətinin Səlmas şəhərində 4,1 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, təkanlar yerin 6 kilometr dərinliyində baş verib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.