Viktor Orban: Macarıstan hökuməti Rusiya ilə müharibəyə icazə verməyəcək

Macarıstan hökuməti Rusiya ilə müharibəyə icazə verməyəcək.

APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban yerli “Kossuth Rádió” radiostansiyasına müsahibəsində bildirib.

Orban daha öncə qeyd etmişdi ki, Avropa İttifaqı (Aİ) liderləri Macarıstanı Ukraynadakı münaqişəyə cəlb etməyə çalışır və Kiyevə silah tədarük etməyə başlamağa çağırır.

“Macarıstanın hazırkı hökuməti heç vaxt Rusiya ilə müharibəyə getməyəcək və Ukrayna münaqişəsinə cəlb olunmağa imkan verməyəcək”, - Orban bildirib.

Baş nazir onu da əlavə edib ki, Ukrayna münaqişəsi başlayan gündən etibarən Macarıstan hökuməti tərəfləri atəşkəsə və sülh danışıqlarına başlamağa çağırıb.